Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə “El” hərəkatının rəhbərliyi arasında görüş yekunlaşıb.
Görüşdən sonra APA-ya açıqlama verən Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbəri, “El” hərəkatının sədri Eldar Namazov bildirib ki, görüşdə qarşıdan gələn prezident seçkiləri ilə bağlı görülən işlər, hərəkata istintaq qurumları tərəfindən edilən təzyiqlər müzakirə olunub.
E. Namazov qeyd edib ki, Milli Şura daxilində hər hansı ciddi narazılıq yoxdur.
Qüvvələr seçki prosesinə cəlb edildiyi üçün “El” hərəkatı ətrafında yaranmış vəziyyətə kifayət qədər diqqət yetirilməyib: “Bugünkü görüşdə bu məsələ də tam həllini tapdı. Biz bir təşkilatıq, aramızda narazılığa səbəb olan məsələ yoxdur”.