Xəbər lenti

Əli Əhmədov "erməni soyqırımı"ndan danışdı
Siyasət10:01 24.04.2013

Əli Əhmədov "erməni soyqırımı"ndan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Erməni soyqırımı" tamamilə qondarmadır və heç bir obyektiv, tarixi əsası olmayan bir məsələdir. 

Trend-in məlumatına görə, bunu jurnsalitlərə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov ermənilərin dırnaqarası soyqırımı gününü qeyd etməsinə münasibət bildirərkən deyib.

İcra katibinin sözlərinə görə, dünyada ermənilərin "erməni soyqırımı" təbliğatı Azərbaycan və Türkiyənin apardığı obyektiv tarixi həqiqətlərə söykənən təbliğat fonunda öz dayaqlarını itirməkdədir: "Ermənilərin yalançı soyqırım təbliğatına qarşı aparacağımız obyektiv və ədalətli işlər ondan ibarət ola bilər ki, biz bütün dünyaya, beynəlxalq təşkilatlara, hər bir ölkəyə bu soyqırımın əsassız olduğunu sübut edək. Beləliklə də onun Azərbaycan və Türkiyəyə qarşı çevrilmiş bir təbliğat olduğunu əsaslandıraq. Bütövlükdə, bu təbliğatın kökündə Azərbaycan və Türkiyəyə qarşı nifrətin dayandığı faktını və həqiqətini ortaya qoya bilək. Bundan sonrakı illərdə də biz bu fəaliyyətimizi davam etdirməliyik".

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir.

Qaynar.info