Xəbər lenti

Əli Həsənov ATƏT-in Minsk qrupundan gileyləndi
Siyasət13:43 11.07.2014

Əli Həsənov ATƏT-in Minsk qrupundan gileyləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş nazirin müavini ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşüb

Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin - Rusiyanın, Fransanın, ABŞ-ın münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllində, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qaytarılması istiqamətində fəaliyyətlərinin hələ də bir nəticə vermədiyindən təəssüfləndiyini bildirən baş nazirin müavini münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsinin və fəaliyyətlərində dönüş yaradılmasının vacibliyini vurğulayıb.

Rəsmi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən R.Morninqstar Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünkü durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qaynar.info