Xəbər lenti

Elşad İskəndərovun XİN-dəki vəzifəsi bəlli oldu
Siyasət08:33 09.06.2014

Elşad İskəndərovun XİN-dəki vəzifəsi bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Adı nurçuluqda hallanan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov iyunun 6-da  Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi vəzifəsinə təyin olunaraq uzun müddətə İstanbula ezam olunub. 

Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindəki mötəbər mənbədən məlumat daxil olub.  

Mənbə həmçinin bildirib ki, E.İskəndərov mayın 7-də Azərbaycanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Şöbəsinə bərpa olunub. 

Xatırladaq ki, mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov vəzifəsindən azad olunub. 

Onu da bildirək ki, E.İskəndərovun adı son dövrlər mətbuatda “nurçu məmur” kimi hallanırdı. 

Qaynar.info