Xəbər lenti

Əməkdar artist: "10 qəpik xərcləmərəm"
Maqazin13:22 16.02.2024

Əməkdar artist: "10 qəpik xərcləmərəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"10 manat pulum olmasa, 10 qəpik xərcləyən deyiləm. Pulumu yığıram. Bəlkə, 50 il yaşayacağam. Niyə qocalanda nəvələrə möhtac olum? Nəslim də mənim yolumu davam etdirir. Nəslin ağsaqqalı mənəm".
Qaynarinfo xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustfayev "Xəzər axşamı" proqramında deyib. Müğənni bildirib ki, pulunu yığır:
"Maşın dəyişəndə, darıxıram, pis oluram. Ayrılığa dözümüm yoxdur. Maşın adi dəmirdir da. Bəzən deyirlər, evimizi sataq. Deyirəm ki, burdan o tərəfə gedə bilmərəm. Camaatın 3-5 telefonu olur. Mənim isə bir ədəddir. Deyirlər adın var, dəyiş telefonu. Cavab verirəm ki, mənə nə lazımdır? Danışıram, bəsdir".