Xəbər lenti

Əməkdar artist təyyarəyə minməməsinin səbəbini açıqladı:
Maqazin 13:17 16.09.2023

Əməkdar artist təyyarəyə minməməsinin səbəbini açıqladı: "Moskvadan gələndə eşitdim ki..."

"30 min manatlıq təklifdən imtina etdim". 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Sənətçi bildirib ki, buna səbəb təyyarəyə minə bilməməsidir:

"Dedim ki, istəmirəm, Allahın verdiyi ömürü vətənimdə salamat yaşamaq istəyirəm. 2003-cü ildə Moskvadan toydan gəlirdim, dedilər İranda təyyarə qəzaya düşüb, çoxlu adam ölüb. Onu eşidəndə özümə söz verdim ki, bir də təyyarəyə minməyəcəm". 

Yusif Mustafayev bildirib ki, vətənini hər şeydən üstün tutur: 

"Dünən ad günüm idi, nəvələri yığdım başıma, doyunca əyləndik. Bundan gözəl nə ola bilər ki?"
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->