Xəbər lenti

Çempionlar Turu: Rəcəbov Məmmədyarova qalib gəldi
İdman19:30 03.10.2021

Çempionlar Turu: Rəcəbov Məmmədyarova qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin VIII turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.
Qaynarinfo xəbər verir ki, görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.
İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Yalnız sonuncu partiyada Rəcəbov qara fiqurlarla qalibiyyət əldə edib. Məmmədyarov 46-cı gedişdən sonra təslim olub.