Xəbər lenti

Ərdoğan gəlmir - İlham Əliyev Ankaraya gedir... TƏCİLİ
Siyasət16:02 14.03.2016

Ərdoğan gəlmir - İlham Əliyev Ankaraya gedir... TƏCİLİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Bakıya planlaşdırılan səfəri təxirə salınıb.

Bakıda planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada keçiriləcək.

Türkiyə KİV-nin yazdığına görə, bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi. (APA)

Qaynar.info