Xəbər lenti

Ərdoğan oğlu həbs olunan nazirlə görüşdü
Dünya14:44 19.12.2013

Ərdoğan oğlu həbs olunan nazirlə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan adı rüşvət qalmaqalında hallanan iqtisadiyyat naziri Zəfər Çağlayanla görüşür. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində başa çatmaqda olan büdcə məsələlərinin müzakirəsi ilə bağlı bu sahədə məsuliyyət daşıyan şəxslərlə görüş keçirən baş nazir Zəfər Çağlayanı da qəbul edib. Görüşdə həmçinin baş nazirin yardımçısı Əli Babacan, iqtisadi inkişaf naziri Cevdet Yılmaz, maliyyə naziri Mehmet Şimşek də iştirak edir.

Görüşün təfərrüatları hələ ki, açıqlanmır.

Qeyd edək ki, Türkiyədə baş tutan rüşvət əməliyyatında həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu da var.