Xəbər lenti

Ərdoğan: “Dedik ki, Azərbaycanla münasibətləri normal saxlasanız..."
Siyasət06:56 10.11.2022

Ərdoğan: “Dedik ki, Azərbaycanla münasibətləri normal saxlasanız..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib ki, Ermənistana mesaj verib: "Dedik ki, Azərbaycanla münasibətləri normal saxlasanız, biz də münasibətləri normallaşdırarıq. Amma hələ bunu görmürük. Çünki diaspor fəaliyyət göstərir və prosesə mənfi təsir göstərir”.
Ərdoğan Fransa və ABŞ-dakı erməni diasporunun davamlı olaraq normallaşma prosesinin əleyhinə olduğunu qeyd edib. Ərdoğan diqqətə çatdırıb ki, bu yanaşma normallaşma prosesinə mənfi təsir göstərir.