Xəbər lenti

Ərdoğanın Paşinyanla arasında telefon danışığı baş tutdu
Dünya 19:02 11.09.2023

Ərdoğanın Paşinyanla arasında telefon danışığı baş tutdu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Qaynarinfo xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə paylaşım edib.

Danışıqlar zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Bundan əlavə, tərəflər regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına töhfə verəcəyini vurğulayıblar, bu istiqamətdə diplomatik səylərini davam etdirəcəklərini qeyd ediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->