Siyasət 16:00 26.08.2022

Erkən seçki mövzusuna REAL-dan reaksiya

"2025-ci ilin martında Milli Məclis, aprelində isə Prezident seçkiləri məhz nəzərdə tutulduğu vaxtda keçirilərsə, bu çox təhlükəli qrafik olardı. Çünki Xənkəndi və ətrafında yerləşən "rusməramlı” qüvvələrin mandatı da məhz 2025-də bitir".

Bu sözləri Qaynarinfo-ya açıqlamasında REAL partiyasının İcra Aparatının rəhbəri Natiq Cəfərli deyib. Natiq Cəfərli hesab edir ki, seçki dönəmləri daha əvvəl olmalıdır ki, 2025-də "rusməramlıları” yola salmağa ölkənin siyasi sistemi tam hazır olsun:



"Həm seçki dönəmləri, həm də onların ölkədən çıxarılması eyni zamanda baş versə, Kremlin müxtəlif növ müdaxilələrinə məmləkət açıq hala gələ bilər. İlk olaraq referendum keçirilərək sistem dəyişməli, Parlament institutu güclənməlidir ki, sonra da yeni seçkilərlə, əsasən proporsional qaydada formalaşacaq parlament daxili və xarici təzyiqlərdə sığorta rolunu oynaya bilsin. İndiki sistemdə Milli Məclis bu rolu oynaya bilmir...”.

Bahar Rüstəmli