"Hazırkı vəziyyətə əsasən üçtərəfli-dördtərəfli formatda mürəkkəb vəziyyət yaranıb”.
Qaynarinfo xəbər verir ki, bunu Moskvanın "Miabanutyun” mərkəzinin rəhbəri Smbat Qaraxanyan Ermənistan mediasına açıqlamasında deyib.
O, üçtərəfli-dördtərəfli format deyərkən Rusiya, Azərbaycan, Türkiyə və Ermənistanı nəzərdə tutur:
"Vəziyyət çox mürəkkəbdir və deyə bilərəm ki, oxşar müzakirələr həm Avropada, həm ABŞ-da, həm də Rusiyada bütün platformalarda aparılır. Zəngəzur, Qarabağ, kommunikasiyaların açılması, demarkasiya, delimitasiya məsələsi hər kəsin diqqət mərkəzindədir".
Xəyal