Hüseynbala Səlimov
Gah deyirlər ki, münaqişəni güc yoluyla öz xeyirlərinə həll etmək "hüquq”larından istifadə edəcəklər, gah da baş naizr səviyyəsində bəyan edirlər ki, Azərbaycan prezidentilə görüşməyə hazırdırlar.
Bəli, ilk baxışda tamam qarmaqarışıqlıq və xaos! Amma bu, ilk baxışda belədir.
Belədə isə ermənilər daim özlərini bir tərəfdən sülhsevər və dinc xalq kimi göstərməyə çalışıb, digər tərəfdən də ilk fürsətdəcə türkləri öldürməyə və şikəst etməyə, Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları ilə çıxış etməyə çalışıblar.
Amma daha diqqətli və detallı analizlər göstərir ki, bu, ilk növbədə ermənilərin liderlərinin fokusları və əməlləri olub, buna daha çox bütün dünyaya səpələnmiş erməni diasporlarının fəalları çalışıblar.
Paşinyan da indi bu fokusları davam etdirir. Gəl, sonuncü parlament seçkiləri bunun tamamilə əksini göstərdi: seçkini müharibəni uduzmuş siyasi qüvvə uddu...
Adətən belə olmur və yaxud da çox nadir hallarda olur. Bütün hallarda biz mühairbə əleyhdarlarının müharibə tərəfdarları üzərində qələbə çaldığının şahidi olduq. Amma belə təəssürat yaranır ki, Paşinyan bunu ya unudub, ya da revanş götürmək istəyir.
Fəqət faydasısızdır. Onlara hətta belə məqam da kömək etməyəcək ki, sentyabrdan KTMT –də Ermənistan sədrlik edəcək. Bilirsinizmi, ermənilər nə qədər çalışsa da, KTMT-nin Azərbaycana qarşı çıxış etməsi üçün əsas və ya predemet yoxdur. Amma Kreml də ikibaşlı oyun oynayır. Son vaxtlar atəşkəs rejimi çox tez-tez pozulur və bütün bunlar rusiyalı sülhməramlıların gözləri qarşısında baş verir. Atəşkəs rejiminin tez-tez pozulması ilə müşayiət olunan dondurulmuş münaqişə - Kremli daha çox belə Qarabağ münaqişəsi qane edərdi.
Bəs belə fokuslar Rusiyanın nəyinə lazımdır? Güman ki, Kreml Azərbaycanı KTMT və Avrasiya İttifaqında görmək istəyir. Axı bu vaxta qədər dəfələrlə deyilib ki, guya Bakı KTMT-də müşahidəçi və Avrasiya İttifaqında üzv olacaq.
Amma bunlar daha çox siyasi şayiələrə bənzəyir, çünki belə addımlar Azərbaycan üçün kədərli finalla bitərdi: Qarabağı alıb əvəzində bütün Azərbaycanı itirərdik...
Bakı buna gedərmi? Düşünmürük. Rusiya "Etimad et, yoxla!” prinsipilə hərəkət edir. Ona görə ona Azərbaycana qarşı daimi örkən, daimi təzyiq vasitəsi lazımdır. Bu isə yalnız Qarabağ münaqişəsi ola bilər. Ona görə də Bakı münaqişənin bitməsi haqqında nə qədər çox danışırsa, atəşkəs bir o qədər sürəkli şəkildə pozulur. Bəs əslində necədir? Dağlıq Qarabağ konflikti bitibmi? Hazırda Dağlıq Qarabağın ərazisinin bir hissəsi bizim nəzarətimizdə deyil. Ən çox narahatlıq yaradan da Laçın dəhlizidir, çünki bu yolla Dağlıq Qarabağa silah-sursat daşınır. Nə qədər ki, bunlar davam edəcək, biz münaqişənin tam bitməsi haqqında qətiyyətlə danışa bilməyəcəyik.
Ona görə də biz bir məqamı daim qeyd edirik. Ciddi şəkidə desək ki, münaqişə bitib, o vaxt belə sual yarana bilər: Bəs rusiyalı sülhməramlılar burada nə edirlər?..
Kremldə bunu yaxşı anlayırlar, ona görə də onlar üçün münaqişələr bitmir. Onlar Monro doktrinasını təkrar edərək bütün post-sovet fəzasını özlərinin təsir zonası elan edərdilər, amma bu hüququ onlara heç kim vermir. Elə bu səbəbdən də Moskva post-sovet məkanında münaqişələr yaradır və onları sönməyə qoymur. Bu münaqiələrdən də biri də Dağlıq Qarabağ münaqişəsidir.
Ermənistanda seçkilər başa çatdı. Paşinyan tam hüquqlu baş nazir oldu və özünün kabinetini qurdu. Amma buna baxmayaraq, fokusları davam edir. Belə təəssürat yaranır ki, o, Azərbaycanın təcrübəsini təkrar etmək istyir. Vaxtilə Bakı deyirdi ki, o, müharibəni yox, döyüşü uduzub, özü də müvəqqəti.
İndi bunu İrəvan təkrar etmək istəyir. Amma burada müqayisələr əbəsdir. Bizim indi sərəncamımızda iki razılaşma var: Noyabr və Yanvar razılaşmaları. Əvvəl belə şey olmamışdı. Bu razılaşmaların konkret tələbləri var və ermənilər nə qədər tez həmin tələbləri həyata keçirsələr, bir o qədər yaxşı olar – həm onlar, həm də bizim üçün...