Xəbər lenti

Ermənistan niyə sülh sazişinə imza atmaq istəmir? - Ekspert
Siyasət09:53 28.04.2023

Ermənistan niyə sülh sazişinə imza atmaq istəmir? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan sülh sazişini imzalamaq istəyir. Buna şübhəm yoxdur. Amma erməni ictimai rəyinin buna hazır olduğuna şühbə ilə yanaşıram”.
Bunu Qaynarinfo-ya açıqlamasında ictimai əlaqələr üzrə mütəxəssis Arif Əliyev İrəvanın savaş başa çatandan üzü bəri sülh sazişinə nə dərəcədə hazır olub-olmadığına aydınlıq gətirərkən deyib:
"Bu gün də İrəvan sülhə hazır deyil. Sülh sazişi istiqamətində kiçik irəliləyişləri belə Ermənistan rəhbərliyi problem olmadan həyata keçirə bilmir. Bunun əks-sədasını sərhəddəki toqquşmalar fonunda və Ermənistan daxilindki siyasi mübarizədə görürük. Digər tərəfdən, Qarabağdakı erməni qrupunun Ermənsitandakı daxili vəziyyətə təsir imkanları da hələ də qalır. Bütün bu sahələrdə fikir ayrılıqları davam edir. Hansı ki, bu fikir ayrılıqları da ümumi nəticəyə öz təsirini göstərir. Sülh müqaviləsi hər hansı bir mərhələdə imzalansa da, Paşinyan Ermənistan cəmiyyətin kifayət qədər böyük təbəqəsinin müqavimətini qırmalı olacaq”. 
Ekspertə görə, Bakı ilə İrəvan arasında sülh planını pozan qüvvələr çox olsa da, burada əsas rolu Rusiya oynayır:
"Sülh planını ilk növbədə pozan Rusiyadır. Rusiya prezident səviyyəsində bunu açıq ifadə edir. Putin bir neçə il əvvəl bildirmişdi ki, Azərbaycanla onun təklif etdiyi variantlar arasında fərqlər var. Putin həmçinin, Ermənistanın da Moskva ilə deyil, Qərblə danışmaq istədiyini qeyd edib. Bu müstəvidə Moskva hər iki ölkəyə təzyiq edir. Digər tərəfdən, Ermənistandakı daxili çəkişmə, erməni müxalifəti və diasporunun, Dağlıq Qarabağdakı ermənilərin təzyiqləri, psixoloji ağır mühit də sülh planının pozulmasına rəvac verən amillərdir. Vardanyanın fəaliyyəti də sülh prosesini xeyli geri atdı. Qərbin maraqları, Fransanın marağının ABŞ, İngiltərə və Almaniyanın marağından fərqlənməsi də sülh planının pozulmasına müəyyən dərəcədə təsir göstərir”. 
Rüfət Sultan