Xəbər lenti

Ermənistana qaytarılan hərbi əsirlər dindirilir
Siyasət19:10 07.02.2022

Ermənistana qaytarılan hərbi əsirlər dindirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistana qaytarılan bütün əsirlər dindirilir".
Bu barədə Ermənistan  İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadosyan jurnalistlərə açıqlamasında deyib.
O, başqa təfərrüatları açıqlamadan "Hamı dindirilir” , - deyə ifadə  edib.
Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır. (Unikal)