Xəbər lenti

Ermənistanda baş verən iğtişaşlarla bağlı 10 nəfər həbs edildi
Siyasət18:59 07.06.2022

Ermənistanda baş verən iğtişaşlarla bağlı 10 nəfər həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın İstintaq Komitəsi Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahı yaxınlığında baş vermiş iğtişaşlarla bağlı cinayət işi çərçivəsində 15 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edib, onlardan 10-u həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti bildirib.
"İğtişaşların təşkilatçılarının və digər iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Cinayət işinin ibtidai istintaqı zamanı 15 nəfərin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarlar qəbul edilib. 10 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə məlumatda qeyd olunub.