"Ermənistan NATO ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır, lakin təşkilata daxil olmaqdan söhbət getmir".
Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
Diplomat Ermənistanı Alyansa qəbul etməyə çağıran NATO-nun Avropa İnkişaf Komitəsinin rəhbəri Günter Fehlingerin
fikirlərini şərh edib. Vahan Kostanyan qeyd edib ki, burda söhbət sadəcə olaraq NATO-nun adı hallanan ictimai təşkilatın rəhbəri olan şəxsdən gedir.
XİN rəsmisi bildirib ki, Ermənistanla NATO arasında əməkdaşlıq bir neçə ildir qurulub:
"Biz NATO ilə müxtəlif formatlarda qarşılıqlı əlaqələri inkişaf etdiririk və bu qarşılıqlı əlaqəni davam etdirməyə hazırıq.
Aydın