Xəbər lenti

Ermənistanın keçmiş mədəniyyət nazirinin 2,2 milyon dolları müsadirə edilə bilər
Dünya15:28 31.01.2024

Ermənistanın keçmiş mədəniyyət nazirinin 2,2 milyon dolları müsadirə edilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Baş Prokurorluğu ölkənin keçmiş mədəniyyət naziri rəhbəri Hasmik Poqosyan və onunla əlaqəli şəxslərdən təxminən 877 milyon dramın (2,2 milyon dollar) müsadirəsini tələb edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Hüquq-mühafizə orqanları maliyyə aktivləri ilə yanaşı, Poqosyanın hüquqi şəxsdəki payını da müsadirə etmək istəyir.
2023-cü il oktyabrın 18-də prokurorluq Ermənistanın keçmiş mədəniyyət naziri Hasmik Poqosyanın adına məktəb sahəsinin özəlləşdirilməsi zamanı yol verilən sui-istifadələrlə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə iş göndərib. 
Bu işdə Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və onun oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru, UNİCEF-in milli səfiri Sergey Smbatyan da var idi (onlara qarşı iş bağlanıb-red.).
İş materiallarına görə, onlar 2012-ci ildə "Kitab aləmi” çoxfunksiyalı kompleksinin tikintisi üçün 800 milyon dram (2 milyon dollar) dəyərində saxta investisiya proqramı təqdim edərək 300 kvadratmetr torpaq sahəsini dələduzluq yolu ilə əldə ediblər. 
Aydın