Xəbər lenti

Ersin Tatar və Pezeşkian Azərbaycana başsağlığı verdi
Siyasət 14:16 25.12.2024

Ersin Tatar və Pezeşkian Azərbaycana başsağlığı verdi

İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə İran Prezidentinin saytı məlumat yayıb.

"Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbərinə çox məyus oldum. Sizə və Azərbaycan xalqına, xüsusən də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Uca Yaradandan həlak olanlara rəhmət, məğfirət, yaralananlara isə tezliklə şəfa diləyirəm", deyə Pezeşkian qeyd edib.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib. O, bu barədə rəsmi "X” hesabında yazıb.

"Bakı-Qroznı reysini həyata keçirən "Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığını böyük kədərlə öyrəndim. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm", deyə paylaşımda qeyd olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->