Xəbər lenti

Əvəz Temirxan: “Milli Şuradan təklif gəlməyib”
Siyasət14:00 30.01.2014

Əvəz Temirxan: “Milli Şuradan təklif gəlməyib”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Milli Şurada hələ heç bir islahat aparılmayıb”. 

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. 

O, ALP-nin yenidən Milli Şuraya daxil olması ilə bağlı hər hansı təklifin gəlmədiyini də qeyd edib. 

“Milli Şurada yenidən təmsilçiliklə bağlı təklifi necə dəyərləndirərsiniz?” sualını cavablandıran Ə. Temirxan deyib ki, bu məsələ ALP-də müzakirə olunmayıb.

Xatırladaq ki, Azərbaycan Liberal Partiyası Milli Şuranın üzvü olub və 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonr qurumu tərk edib. 

Qaynar.info