"Azərbaycanfilm" kinostudiyasında son dövrlər aparılan işlər müəssisənin fəaliyyətində yeni mərhələnin başlandığını göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Onun sözlərinə görə, hazırda kinostudiyada genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir:
"Allaha şükür ki, işlər qaydasına düşür. Bu mərhələ başa çatdıqdan sonra kinostudiyanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı dövlətə müraciət ediləcək".
Xalq artisti həmin müraciətin müsbət qarşılanacağına inanır:
"Azərbaycanda lazımi şərait yaradıldıqdan sonra fəaliyyət göstərən bütün özəl kino şirkətləri kinostudiyaya dəvət olunacaq. Onların hər biri burada fəaliyyət göstərə biləcək. Bizim də əsas istəyimiz məhz bu idi".
Şeyx Əbdül Mahmudbəyov Milli Kino Gününün Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən qeyd olunduğunu da bildirib:
"Nizami Kino Mərkəzində bayram tədbiri keçirdik, filmlərə baxdıq, söhbətləşdik və sonra dağılışdıq. Tədbir ölkə səviyyəsində geniş qeyd olunmadı. İndi isə bizə qalan qarşıdakı uğurları görmək üçün yaşamaqdır".
Bahar Rüstəmli
Şərhlər