Xəbər lenti

Şeyxin qudası 37-ci dəfə Həcc ziyarətinə getməyə hazırlaşır
Ölkə 17:57 06.03.2026

Şeyxin qudası 37-ci dəfə Həcc ziyarətinə getməyə hazırlaşır

Milli Məclisin sabiq deputatı Qalib Salahzadə növbəti dəfə Həcc ziyarətinə getməyi planlaşdırır.

Bu barədə o, İqtisadiyyat.az-a açıqlamasında deyib.

İndiyədək 36 dəfə Həcc ziyarətində olduğunu xatırladan Q.Salahzadə yenidən Müqəddəs Kəbə evinə getmək üçün hazırlaşdığını bildirib:

"Hər il Həcc ziyarətinə getmişəm. Həmişə Allahdan istəmişəm ki, canımın sağlam olduğu müddətdə Kəbə evini ziyarət etməyi və orada iki rükət namaz qılmağı mənə qismət eləsin. Elə il olub ki, Kəbə ziyarətinə iki dəfə getmişəm. İndiyə qədər isə ümumilikdə 36 dəfə Həcc ziyarətində olmuşam. Bu il hələ ki, getməmişəm, amma Allah qismət edərsə, yenə gedəcəyəm. İki dəfə dostlarım mənə şəraiti yaradıb və Kəbə evinin içərisində olmuşam”.

Xatırladaq ki, 1953-cü il təvəllüdlü Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır. O, 2010-2015-ci illərdə 27 saylı Sabunçu ikinci seçki dairəsindən Milli Məclisin deputatı olub.

Məlumat üçün bildirək ki, QMİ bu il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları müəyyənləşdirib.
--> -->