
Milli Məclisdə deputatla Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı arasında mübahisə baş verib.
AzNews.az-ın məlumatına görə, mübahisəyə səbəb Milli Məclisin bu gün keçirilən iclasına gələn deputat Fazil Mustafanın şəxsi telefonunun yoxlanılması olub.
Belə ki, parlamentin iclasına gələn deputatların mobil telefonları təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yoxlanılıb.
Deputat Fazil Mustafa isə deputatların telefonlarını yoxlayan təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib. O deyib ki, “Samsung” markalı telefon işlədir və bu “smartfon” tipli deyil.
Mühafizəçilər isə deputatın telefonunu ikinci dəfə yoxlamaq cəhdinə isə deputatın reaksiyası daha sərt olub.
Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisə “smartfon” tipli mobil telefonlarla girişə qadağa qoyulub.
Qaynar.info