Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, təqsirləndirilən Rəşad adlı şəxs əvvəllər FHN-də çalışıb. O, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin təsərrüfat sektorunda aparıcı məsələhətçi vəzifəsində işləyib.
Şəki Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə mühakimə olunan təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Rəşadın sözlərindən belə anlaşılır ki, onun dələduzluq əməliyyatında rolu yalnız aldadılmış vətəndaşlara zəng vuraraq vaxt qazanmaq olub. O, özünü zərərçəkmişlərə "kapitan Əliyev" kimi təqdim edib.
Bununla belə, məhkəmə onu verilmiş ittihamla təqsirli bilib. Rəşad məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Seyid
Şərhlər