İki illik fasilədən sonra Finlandiya ilə sərhədi keçən rusların sayı bir gündə koronavirusdan əvvəlki səviyyəyə çatıb.
Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, sərhəd açılan kimi 5 mindən çox insan sərhədi
keçib.
Onların təxminən 60%-nin Rusiyadan Finlandiyaya, qalanlarının isə Finlandiyadan Rusiyaya keçdiyi qeyd edilir. Ruslar tətilə və alış-verişə, finlər isə daha ucuz avtomobil yanacağı üçün gedirlər.
Vəziyyətin sərhədçinin gözləntilərinə uyğun olduğu bildirilir. Rusiya Federasiyasından Finlandiyaya keçid məntəqələrində qələbəlik var. Finlandiya tərəfində tıxac olmayıb. Finlandiya sərhədçiləri yaxın bir neçə gündə hərəkətin normallaşacağına inanırlar.
Bundan əvvəl Rusiya Federasiyası hökumətinin 15 iyul tarixindən etibarən Rusiya Federasiyasının sərhədlərindən keçidlə bağlı koronavirus məhdudiyyətlərini ləğv edən fərmanı dərc edilib. Sənəd səyahət edənlərə hər hansı səbəb göstərmədən sərhədi keçmək imkanı verir.
Şərhlər