Xəbər lenti

Fransa Əliyev və Sarkisyanı yenidən görüşdürmək istəyir
Siyasət07:11 22.06.2016

Fransa Əliyev və Sarkisyanı yenidən görüşdürmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATƏT-in həmsədr ölkəsi kimi Fransa daha əvvəl də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil etməyə hazır olduğunu bəyan etmişdi.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe bildirib. 

“Münaqişə tərəfləri arasında vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu həmsədrləri öz öhdəliklərini yerinə yetirir, həmçinin münaqişənin hərtərəfli sülh yolu həll olunması və qarşılıqlı inamın əldə olunması istiqamətində səylər göstərirlər”, - deyə xanım səfir bildirib.

Səfirin sözlərinə görə, həmsədr ölkə kimi Fransa prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrini alqışlayır: “Münaqişə yalnız daimi və səmimi yolla həll oluna bilər”.

Qaynarinfo.az