"Qənaətimizcə, Dağlıq Qarabağdakı stutus-kvo gərginliyi artırdığı və münaqişəni bərpa etdiyi üçün artıq qəbuledilməzdir".
Bu sözləri Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir Yerevanda jurnalistlərə açıqlamasında deyib.
"Bizim yanaşmamız belədir - münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək olar", - deyə o söyləyib.
Fransa rəsmisi son zamanlar Yaxın Şərqdən qaçqın axınına da toxunub: "Yaxın Şərqdə münaqişələr davam etdikcə orada ümumi təhlükəsizlikdən söhbət gedə bilməz. Bölgədə Dağlıq Qarabağ münaqişəsinin bərpası riski qaldığından, beynəlxalq təhlükəsizlikdən danışmaq mümkün deyil. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Fransa münaqişənin dinc yolla həlli üçün bütün imkanlarından istifadə edəcək".
Qaynarinfo.az