Texnologiya 17:06 28.04.2023

Futbola oyunçu tapmaq bu qədər asan olmamışdı - “Derby”

"Derby” dostlarınızla birgə komanda yaradıb, futbol oyunu təşkil etməyiniz üçün tətbiqdir.

Azərbaycanda topla oynanan oyunların çempionatların təşkili ənənəvi üsullarla aparılır. Yəni, əsasən futbol oyununda oynamaq istəyən şəxs ilk öncə işlədiyi və ya təhsil aldığı müəssisədə komanda yoldaşı axtarır yetərli say olmadığı təqdirdə dostlar vasitəsi ilə axtarışa çıxır, bu da istər istəməz vaxt itkisinə gətirib çıxardır. Bununla yanaşı oyun meydançası vaxta və məkana uyğun yerin kirayələnməsi problemləri ortaya çıxardır.

Bizim platforma yuxarıdan sadalanan problemlərə həll yolu təkilf etməklə yanaşı həm ödənişin şəffaflığını təmin edir.

Hədəfimiz Azərbaycan topla oynanan oyunların təşkili xidmətləri bazarında ən sürətli, effektiv, müştəri məmnuniyyətinə hədəflənmiş və müasir tələblərə cavab verən tam və yarı (həssas əhali təbəqəsi də nəzərə alınaraq) elektronlaşmış top oyunları xidmətləri platforması qurmaq, eyni zamanda bu platforma vasitəsilə insanların həvəskar futbola və digər top oyunları haqqında maarifləndirilməsinə töhvə verməkdir.

Bu, virtual oyun deyil. "Derby” dostlarınızla birgə komanda yaradıb, futbol oyunu təşkil etməyiniz üçün tətbiqdir.

Asanlıqla qeydiyyatdan keç
Məlumatları əlavə et, qeydiyyatı tamamla
Öz komandanı yarat və komandaya üzv əlavə et
İstəsən, digər komandaya da qoşula bilərsən!
iOS üçün yükləmə linki: https://l24.im/2Z9WA
Android üçün yükləmə linki: https://l24.im/1XfjkEC