XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

General: Şimali Koreya Rusiya ilə ittifaq quraraq təhlükəli üstünlük əldə edib
Dünya19:00 13.08.2026

General: Şimali Koreya Rusiya ilə ittifaq quraraq təhlükəli üstünlük əldə edib

BMT-nin Cənubi Koreyadakı Komandanlığının müavini, general-leytenant Skott Vinter bildirib ki, Şimali Koreyanın Rusiya ilə ittifaqı Şimali Koreya hərbçilərinə müasir müharibənin texnologiyaları və taktikaları ilə tanış olmaq imkanı verib.

Qaynarinfo "NK News"a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, Koreya yarımadasında təhlükəsizlik sahəsində qüvvələr balansını dəyişir.

Vinter Seulda keçirdiyi mətbuat konfransında Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakının bütün Qərb üçün təhlükəsizlik təhdidlərinin qlobal xarakterini xatırlatdığını deyib.

"Biz çox yaxşı başa düşürük ki, Şimali Koreya bu vəziyyətdən bir sıra ballistik raket sistemlərini sınaqdan keçirmək üçün fürsət kimi istifadə edib və müasir döyüş təcrübəsi əldə edib", deyə o bildirib.

Şimali Koreyanın Rusiyanın müttəfiqi kimi əldə etdiyi təcrübə ABŞ və Cənubi Koreyanın hər il keçirdiyi "Ulchi Freedom Shield" birgə hərbi təlimlərinin builki proqramında əsas məqamlardan biri olacaq. Təlimlər avqustun 17-də başlayacaq.

"Biz Cənubi Koreyanın müdafiəsi zamanı qarşı çıxmağa çalışdığımız təhdidlərə cavab tədbirlərinin bu texnologiyalardan daha geniş istifadəsini və Şimali Koreyanın müasir döyüş təcrübəsinə malik olduğunu nəzərə almasını təmin etmişik", deyə Vinter qeyd edib.

Nəşrin məlumatına görə, builki "Ulchi Freedom Shield" təlimlərində Cənubi Koreyada yerləşən BMT-nin çoxmillətli qüvvələrinin 11 üzv ölkəsindən 70 hərbçi iştirak edəcək. Təlimlər çərçivəsində Pxenyanın GPS sistemlərinin fəaliyyətini pozmaq cəhdlərinə, eləcə də kiberhücumlara və dronlardan istifadə edilən əməliyyatlara qarşı tədbirlər məşq ediləcək.

Aydın