"11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırdı".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, yanvarın 11-də Moskavada baş tutan üçtərəfli görüş əslində iki aydır davam edən postmüharibə dövründə əldə edilən nəticələrin bir növ hesabatı və bundan sonrakı fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi idi:
"Ancaq əlbəttə, bu görüşün olduqca ciddi strateji əhəmiyyəti var idi. Bu həm 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət sənddə əksini tapan strateji prinsiplərin bir daha təsdiq və qəbul edilməsi, həm də məhz həmin prinsiplər əsasında regionda sabitlik və təhlükəsizilik məslələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım idi. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktına imza atması idi. O zaman yeni imzalanmış 4 maddədən ibarət bəyənatı da elə bu prosesin davamı kimi qiymətləndirə bilərik".
Deputat qeyd edib ki, bəyanatda qeyd olunan əsas məsələlər yol nəqliyyat infrastrukturunun bərpa edilməsinə aidddir və doğurdan da hazırki mərhələdə bu, olduqca prioritet məsələdir:
"Çünki regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması və bunu 30 ildən çox davam etməsi regional inteqrasiya bə iqtisadi inkişafa çox böyük zərbə idi. Əslində hazırki tarixi mərhələdə iqtisadi inkişafın gətirəcəyi rifah regionda sülh və sabitliyin də davamlı olması üçün başlıca faktorlardan biridir. Ona görə də bəyantda növbəti mərhələ üçün konkret icraedici strukturun yaradılması, onun fəaliyyət istiqamətləri və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi önümüzdəki mərhəldə regionun nəqliyyat kommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir. Ən əsas məsələlərdən biri isə Azərbaycanı Naxçıvanla birləşdirən dəmiryolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir".
Hikmət Babaoğlunun fikrincə, görüşdə önə çıxan əsas məslələrdən biri də Ermənistan baş nazirinin problemin hələ nizamlanmaması haqqında səsləndirdiyi sərsəm fikirlərin ciddiyə alınmaması və heç bir yazılı sənədə daxil edilməməsi oldu:
"Azərbaycan Prezidenti isə artıq münaqişənin keçmişdə qaldığını bildirməklə bir daha bu mövzunun spekuliyasiya mövzusuna çevrilməsi cəhdinə son qoydu. Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyi davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir".
Bahar Rüstəmli