Xəbər lenti

Gülağa Aslanlı: "Saziş imzalayacağıq" - AÇIQLAMA
Siyasət11:21 18.12.2013

Gülağa Aslanlı: "Saziş imzalayacağıq" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Müsavat Partiyası ilə "EL" Hərəkatı arasında münasibətlərin rəsmiləşdirilməsi nəzərdə tutulub".

Bunu Qaynar.info-ya Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı Müsavat və "EL" Hərəkatları arasında sabah keçirilməsi planlaşdırılan görüşə münasibət bildirərkən deyib. 

Gülağa Aslanlı bildirib ki, görüş sabah saat 3-də "EL" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevin rəhbərlik etdiyi Ziyalılar Birliyinin ofisində baş tutacaq: "Görüşdə Azərbaycandakı mövcud siyasi durum, Milli Şuranın gələcək taleyi və sair məsələlər müzakirə olunacaq. Müsavat Partiyası olaraq "EL" Hərəkatı ilə saziş imzalanması məsələsini gündəmə gətirmək istəyirik". 

Partiya funksioneri belə bir sazişin AXCP və KXCP ilə də imzaladılarını vurğulayıb: "Biz bundan əvvəl AXCP və KXCP ilə də mütəffiqlik sazişi imzalamışdıq. "EL" Hərəkat partiya olmadığından onlarla imzalayacağımız saziş bir növ münasibətlərin rəsmiləşdirilməsi kimi nəzərdə tutulur". 

Xatırladaq ki, Müsavat Partiyası müxalifət partiyaları ilə əməkdaşlıq üçün görüşmələrə başlayıb və bir neçə gün öncə Milli Şuraya daxil olan AXCP və KXCP rəhbərliyi ilə görüş keçirilib. 

Elkin Xəlilov

Qaynar.info