Sağlamlıq 16:40 17.01.2023

Günün yoluxma statistikası

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 4 nəfər dünyasını dəyişib.
 
Bu gün koronavirus (COVID-19) əleyhinə 445 vaksin vurulub.

Bildirilib ki, bir gündə birinci doza üzrə 218, ikinci doza üzrə 65, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 133-dür. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29-dur.