Xəbər lenti

Gürcüstan sərhədlərini ilk mərhələdə belə açacaq
Siyasət17:35 27.05.2020

Gürcüstan sərhədlərini ilk mərhələdə belə açacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gürcüstan sərhədlərini açandan sonra ilk mərhələdə ölkə və ikili vətəndaşlığı olan şəxsləri qəbul edəcək”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, sərhədlərin açılması şəraitində əlavə risklər yaranacaq:
"Biz ölkəni həmişəlik bağlaya bilmərik. Yaxın günlərdə Tbilisi-Amsterdam və Tbilisi-Vyana istiqamətləri üzrə reyslər həyata keçiriləcək”.
Baş nazir qeyd edib ki, sərhədlər mərhələli şəkildə açılacaq: "Mərhələlər arasında müddət elə olacaq ki, inkubasiya dövrünə nəzarət mümkün olsun”.