Xəbər lenti

Sənət 16:45 13.05.2023

Hacıbaba Məmmədovdan Mehriban Ələkbərzadənin təyinatına reaksiya

"Mehriban Ələkbərzadə sayılıb-seçilən və üzdə olan 2-3 rejissorlardan biridir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov deyib. O, bildirib ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə uzun müddətdir teatr aləmindədir:

"Hamı onu tanıyır, kənardan gələn biri deyil. "Azdrama” Azərbaycanın seçilən mədəniyyət ocaqlarından biridir. Bura hər adamı təyin etməzlər. Yəqin ki, baxılır, seçilir və sonra qərar veririr”.

Qeyd edək ki, Mədəniyyət naziri Adil Kərimli Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadəni Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->