Dünya 21:35 20.02.2023

Hatayda 5,8 bal gücündə ikinci zəlzələ oldu (YENİLƏNİB)

Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələdən sonra yenidən yeraltı təkanlar olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki. vilayətin Samandağ rayonunda baş verən zəlzələ 5,8 bal gücündə olub. 
 
*** 
 
Türkiyədə güclü zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentiri Hatay vilayətinin Defne rayonunda 6,4 bal gücündə olub.

Yeraltıtəkanlar yerli vaxtla saat 20:04-də baş verib.