Xəbər lenti

Həbs olunan gənclər hotelə qaytarıldı (YENİLƏNİB)
Siyasət19:35 09.03.2013

Həbs olunan gənclər hotelə qaytarıldı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynar.info-ya daxil olan məlumata görə, həbs olunan gənclər azad olunaraq AF Hotelə qaytarılıb. Hazırda hotelin ətrafında mülki şəxslərin olduğu bildirilir. 

23:31

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı bir neçə dəqiqə öncə polis tərəfindən saxlanılıb.

Bu barədə Qaynar.info-ya AXCP üzvləri məlumat veriblər.

Onlar bildiriblər ki, Ə.Qurbanlı AF Hoteldə keçirilən ATƏT-in təlimi zamanı bir neçə polis əməkdaşı tərəfindən aparılıb. Hazırda AXCP fəalının hara aparıldığı məlum deyil.

Musavat.com-un verdiyi məlumata görə isə, tədbirdə Müsavat Gənclər Təşkilatından Yeganə Hacıyeva, AXCP-dən Əbülfəz Qurbanlı və VHP-dən Samir Əsədli də daxil olmaqla, yeddi gənc həbs olunub. Onların Binəqədi Rayon Polis İdarəsinə aparıldığı bildirilir.

Qaynar.info