Xəbər lenti

Heydər Əliyevin həmsədrlərə sərt iradları: “Gərək evləndirək” (VİDEO)
Siyasət21:09 12.02.2022

Heydər Əliyevin həmsədrlərə sərt iradları: “Gərək evləndirək” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Televiziyasının efirində yayımlanan "Jurnalist araşdırması” verilişində Ulu Öndər Heydər Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərdə narazılıqları əks olunan nadir kadrlar yayımlanıb.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev həmin kadrlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə sərt iradlarını bildirir. 2001-ci ilin noyabrın 4-də baş tutmuş belə söhbətlərin birində H.Əliyev bildirib: 
"Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin 13 yaşı var, ATƏT-in Minsk Qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçib, məsələ həll olunmayıb. Bir az da ləngisək, ATƏT-in Minsk Qrupu böyük bir oğlan olacaq. Onu gərək evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Bu daha tez ola bilər”. 
Həmin görüntüləri təqdim edirik.
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=5192" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">