Xəbər lenti

Hikmət Hacıyev İran səfiri ilə görüşdü
Siyasət13:59 12.04.2023

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Qaynarinfo xəbər verir ki, bunu iranlı diplomat tviterdə yazıb.
"Azərbaycan və İran xarici işlər nazirləri arasında baş tutan konstruktiv danışıqlardan sonra mən də Hikmət Hacıyevlə səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlayan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq”, - səfir bildirib.