Xəbər lenti

İbrahimbəyov yenidən öz postuna qaytarılır - AÇIQLAMA
Siyasət09:04 08.01.2014

İbrahimbəyov yenidən öz postuna qaytarılır - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Dünən Milli Şurada təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə toplantı keçirilib. 

Toplantıda Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli də iştirak edib”. 

Bunu AzNews.az-a iclasın iştirakçısı, hüquqşünas Namizəd Səfərov bildirib. Onun sözlərinə görə, Milli Şurada təmsil olunan 20-dən artıq vətəndaş cəmiyyəti təmsilçisindən 4 nəfəri xaricdə səfərdə olduğu, 2 nəfəri isə həbsdə olduğu üçün toplantıya qatıla bilməyib: 

“Onlar da daxil olmaqla hamı MŞ-nin fəaliyyət göstərməsində israrlıdır və işləmək əzmindədirlər”. N.Səfərov Milli Şuranın bu həftə keçiriləcək sessiyasında Rüstəm İbrahimbəyovun fəxri sədr postunda qalması məsələsinin də müzakirə ediləcəyini bildirib: “Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovla əlaqə saxlayır. Ola bilsin ki, Rüstəm İbrahimbəyovun fəxri sədr qalmaq məsələsinə yenidən baxılsın”. 

Qaynar.info