Xəbər lenti

İbrahimbəyovun qızı Bakı ilə əlaqələrini kəsir
Siyasət05:27 18.07.2013

İbrahimbəyovun qızı Bakı ilə əlaqələrini kəsir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fatimə İbrahimbəyova “Facebook” səhifəsində Bakıdan olan dostlarının hamısını silib.

Milli Şuranın prezidentliyə vahid namizədi kinodramaturq Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova son bir neçə gün ərzində öz şəxsi “Facebook” səhifəsində Bakıdan olan dostlarının demək olar ki, hamısını silib.

Qaynar.info-nun Press24.az-a istinadən məlumatına görə, artıq bir neçə ildir ki, ailəsi ilə birgə İstanbulda yaşasa da, onun sosial şəbəkədə xeyli sayda Bakıdan olan dostları olub.

Qeyd edək ki, Fatimə İbrahimbəyovanın anası S. Vurğun adına Rus Dram Teatrının aktrisası Lüdmila Duxovnayadır. Lüdmila Duxovnaya Rüstəm İbrahimbəyovun ikinci xanımıdır. O, 1963-cü ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirib. Həmin ildən bu teatrda çıxış edir.

Qaynar.info