Xəbər lenti

İcra Hakimiyyəti 53 min manatlıq ərzaq məhsulu alır
Ekonomiks 14:55 16.04.2026

İcra Hakimiyyəti 53 min manatlıq ərzaq məhsulu alır

Lerik Rayon İcra Hakimiyyəti "Aran Tədarük və Təchizat” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə 2026-cı ildə Ərzaq məhsullarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 53 018,1 manatdır. 

Müqavilə satınalma müsabiqəsi keçirilmədən birmənbə metodu ilə bağlanıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Aran Tədarük və Təchizat” MMC 19 avqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Ələddin Quliyev küçəsi, məhəllə 1131-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rəsulov Hamlet Rəsul oğludur. 

MMC və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Dövlət qurumunun şirkətdən konkret olaraq hansı ərzaq məhsullarını alması barədə də bilgi yoxdur. 

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. O. 2022-ci ildən rayona rəhbərlik edir. 

Seyid
--> -->