
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) seçici sayı ilə bağlı apardığı araşdırmalar kitab halında nəşr olunub.
"Seçici Qeydiyyatının Auditi" adlı kitab iki dildə (Azərbaycan və ingilis dilləri) nəşr edilib.
IDI-dən Arqument.Az-a daxil olan məlumata görə, kitabda əksini tapan araşdırmaların əsas məqsədi MSK və Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan seçici sayı arasındakı fərqdən yola çıxaraq, ölkədə seçicilərin sayına dair real vəziyyəti öyrənməklə seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirilməsinə töhvə verməkdir.
Qeyd edək ki, "Seçici Qeydiyyatının Auditi" toplusunda araşdırmalar seçicilərin qeydiyyatının kəmiyyət və keyfiyyət baxımından monitorinqi prosesidir. Bu metod isə bütün dünyada seçkiləri müstəqil surətdə müşahidə və monitorinq edən təşkilatlar tərəfindən tətbiq olunur.
IDI araşdırmanın aparılması və nəşrin ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü ifadə edir.
Kitabı bu linkdən oxuya bilərsiniz:
Qaynar.info