Dünya 23:39 10.09.2022

II Elizabet ölüm yatağında olarkən III Çarlzdan Meqanla bağlı qadağa

96 yaşında dünyasını dəyişən Kraliça II Elizabetin ölümündən öncə yaşanan maraqlı detallardan biri ortaya çıxıb.

"The Sun" nəşrinin məlumatına görə, III Çarlz Şahzadə Harriyə zəng vuraraq həyat yoldaşı Meqan Markl olmadan ölmək üzrə olan Kraliçanın yanına gəlməsini istəyib.

Bildirilib ki, II Elizabetin səhhəti pisləşəndən sonra həyat yoldaşı ilə Vindzor qəsrindən bir kilometr aralıda yerləşən Froqmordakı evlərində olan Harriyə zəng gəlib. Atası ondan Belmoral qəsrinə Meqansız gəlməli olduğunu deyib. O, Meqanın bu kədərli anda Belmorala gəlməsinin səhv olacağını söyləyib. O, qeyd edib ki, Keyt Middlton da burada deyil və kraliçanın yanında yalnız onun ən yaxın qohumları olacaq. Çarlz çox açıq şəkildə heç kimin Meqanı gözləmədiyini vurğulayıb.

Bundan başqa, Şahzadə Harrinin qardaşı Şahzadə Uilyam, eləcə də Şahzadə Edvard və Şahzadə Endryunu Şotlandiyaya aparan RAF uçuşu da rədd edilib. Bu səbəbdən o, təyyarəni təkbaşına axtarmalı olub. Buna görə də kraliçanın ölümü elan edildikdən təxminən bir saat yarım sonra Balmoralda çatıb.

Həmçinin şahzadələr Harri və Uilyamın ayrı-ayrılıqda Vindzora qayıtdığı diqqət çəkib.

Bütün bunların fonundan sosial media istifadəçiləri arasında Kraliçanın səhhətinin pisləşməsində Harri və Meqanla bağlı qalmaqalların olduğu da istisna edilməyib. Bu səbəbdən cütlük növbəti dəfə tənqid atəşinə tuş gəlib. /Axşam.az