Dünya 12:20 25.09.2022

II Elizabetin məzarının ilk fotosu yayıldı

Sentyabrın 8-də dünyasını dəyişən Böyük Britaniya kraliçası II Elizabetin dəfn yerinin ilk fotosu yayılıb. Kraliça valideynlərinin, ərinin və bacısının yanında, Vindzor Sarayındakı VI Georq Memorial Kapellasında dəfn edilib.

Qaynarinfo xəbər verir ki, kral ailəsinin rəsmi "Twitter" hesabında məzar daşının fotosu paylaşılıb.

"Əlahəzrət Kraliça II Elizabet dəfn edildikdən sonra Kral VI Georginin xatirə kapellasında məzar daşı qoyulub. Kral VI Georginin xatirə kapellası Vindzordakı Müqəddəs Georgi kapellasının divarları arasında yerləşir", deyə mesajda deyilir.
 


Fotodan görünür ki, artıq məzar daşına kraliçanın adı, doğum və ölüm tarixləri də yazılıb.

Qeyd edək ki, II Elizabet sentyabrın 8-də 96 yaşında dünyasını dəyişib. Bundan sonra olunun oğlu Çarlz kral elan edilib. 

Aydın