Xəbər lenti

İki avtomobil toqquşub, xəsarət alan var
Dünya19:09 12.06.2016

İki avtomobil toqquşub, xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Qaynarinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Şəmkir rayonu ərazisindən keçən ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü, Şəmkir rayon sakini, Əhliman Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

Qaynarinfo.az