"Ramazan iftar və sahurdan ibarət deyil. Təəssüflər olsun ki, bu gün insanlar bunu dieta ayı kimi qəbul edirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında ilahiyyatçı Elşad Miri iftarın restoranlarda açılmasından danışarkən deyib.
Onun sözlərinə görə, Ramazanın əsas mahiyyəti Quranı anlamaqdır:
"Allah Qurani-Kərimin Bəqərə surəsinin 185-ci ayəsində bildirir ki, Ramazanın əsas mahiyyəti Quran ayı olmasıdır. Quranı anlamaq, öyrənmək, onu həyatımıza keçirməklə bağlıdır”.
Elşad Mirinin sözlərinə görə, insanlar oruclarını istədikləri məkanda aça bilər.
Bahar Rüstəmli
Şərhlər