Prezident İlham Əliyev Anatoli Vasilyeviç Torkunovu "Dostluq” ordeni ilə təltif edib.
Qaynarinfo-nun məlumatına görə, o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, akademik Anatoli Torkunov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) rektorudur. Onun 70 yaşı tamam olur.