Xəbər lenti

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin sədrini təbrik edib
Siyasət12:18 23.11.2019

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin sədrini təbrik edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə məktub ünvanlayıb.
Qaynarinfo-nun məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Sədr.
Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq diləyirəm”.