
Aprelin 13-də İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb.
Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edilib.
Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olunub. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (apa)
* * * *
İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü olub.
Qaynar.info Türkiyə mediasına istinadən xəbər verir ki, görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısı çərçivəsində baş tutub.
İƏT-in XIII Zirvə Toplantısına qatılan R.T.Ərdoğan sammitdə iştirak etmək üçün Türkiyəyə səfərə gələn Azərbaycanın dövlət başçısı İlham Əliyev ilə Ulduz Sarayı Mabeyn İqamətgahında görüşüb.
Qaynar.info